Bank Of Baku

İncəsənət Muzeyində rəssam Kamil Xanlarovun 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - FOTOSESSİYA

İncəsənət Muzeyində rəssam Kamil Xanlarovun 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 08 iyun 2010 14:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımvoa – APA. Bu gün Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində rəssam Kamil Xanlarovun 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəssamın yaradıcılığına nəzər salıb və onun Azərbaycan rəssamlıq məktəbində danılmaz xidmətlərinin olduğunu vurğulayıb: “Bu gün Azərbaycan rəssamlıq məktəbinin ən tanınmış nümayəndələrindən biri olan Kamil Xanlarovun əsərlərinin işığına yığışmışıq. Rəssamın yaradıcılığı milli, professional təsviri sənətimizin parlaq səhifələrindən birini təşkil edir. Kamil Xanlarovun sonuncu sərgisi 1995-ci ildə, vəfatından bir il öncə keçirilib. Ötən 15 il ərzində rəssamın əsərlərinin bir neçəsi müxtəlif sərgilərdə nümayiş etdirilsə də, bu illər ərzində fərdi sərgisi olmayıb. Nazirlik olaraq biz görkəmli rəssamın 95 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi, Kamil Xanlarovun yaradıcılığının təbliği, əsərlərinin gənc nəslə tanıdılması və uzun müddət Dövlət İncəsənət Muzeyi, Dövlət Rəsm Qalereyası və rəssamın ailə kolleksiyasında saxlanılan əsərlərin ictimaiyyətə təqdim edilməsi məqsədilə rəssamın xatirəsinə böyük ehtiram əlaməti olaraq onun fərdi sərgisini keçirməyi qərara aldıq”.
Sərgidə Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəlibəyov, Azərbaycan Rəssamlar Akademiyasının rektoru Ömər Eldarov və mərhum rəssamın qızı çıxış edərək, Kamil Xanlarov yaradıcılığına qısa nəzər salıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR