Bank Of Baku

Rəşidə Rəşid: “İyirmi ildir Rəşid Behbudov adına musiqi festivalının keçirilməsini gözləyirik” – FOTO

Rəşidə Rəşid: “İyirmi ildir Rəşid Behbudov adına musiqi festivalının keçirilməsini gözləyirik” – <font color=red>FOTO </font>
# 09 iyun 2010 15:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “İyirmi ildir biz Rəşid Behbudov adına musiqi festivalının keçirilməsini gözləyirik. Artıq gözləməkdən yorulmuşuq”. Bu sözləri APA-ya açıqlamasında Rəşid Behbudovun qızı, əməkdar artist Rəşidə Rəşid deyib.

Sənətçi bildirib ki, bu il böyük sənətkarın anadan olmasının 95 illiyidir, bu səbəblə arzularının reallaşacağını güman edirlər: “Ümid edirəm ki, yubiley ölkə rəhbərliyi tərəfindən Rəşid Behbudova layiq qeyd edəcək. Atamın vəfatından 20 il keçib, ancaq görürəm ki, nə bir özəl şirkət, nə Mədəniyyət və Turizm Nazirliyi, nə də digər rəsmi təşkilatlar Rəşid Behbudov adına musiqi festivalı keçirmək niyyətində deyillər. Heç belə bir festivalın keçirilməsi üçün səy belə göstərmirlər. Ailəmiz beynəlxalq səviyyədə Rəşid Behbudov adına festivalın keçiriləcəyini gözləməkdən yorulub. Biz səbirsizliklə gözləyirik və ümid edirik ki, gec də olsa bu baş tutacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR