Bank Of Baku

Azərbaycanın gənc ssenaristlərinin işi Almaniyada keçiriləcək beynəlxalq kinofestivalda iştirak hüququ qazanıb

Azərbaycanın gənc ssenaristlərinin işi Almaniyada keçiriləcək beynəlxalq kinofestivalda iştirak hüququ qazanıb
# 09 iyun 2010 15:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbinin məzunları olan ssenarist Səbinə Hüseynli və rejissor Günel Nəcəfzadənin işi Almaniyanın Detmold şəhərində keçiriləcək VI Beynəlxalq Kinofestivalda Azərbaycanı təmsil edəcək. APA-nın məlumatına görə, “Up-Down” adlı film festivalın təşkilat komitəsinin nümayəndələrinin diqqətini cəlb edib. Qısametrajlı filmdə əsas rolları Mələk Abbaszadə və Rasim Cəfərov ifa edirlər.

Qeyd edək ki, film ABŞ-ın Azərbaycandakı səfirliyi və R. İbrahimbəyovun Beynəlxalq Kino Məktəbinin birgə proqramı çərçivəsində çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR