Bank Of Baku

MDB ölkələrinin VII beynəlxalq “Kitab sənəti” müsabiqəsində Azərbaycan kitabı “Qran-pri”yə layiq görülüb

MDB ölkələrinin VII beynəlxalq “Kitab sənəti” müsabiqəsində Azərbaycan kitabı “Qran-pri”yə layiq görülüb
# 10 iyun 2010 12:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Moskvada keçirilən MDB ölkələrinin VII beynəlxalq “Kitab sənəti” müsabiqəsi başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə nazirliyinin Nəşriyyat sektorunun müdiri, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu da iştirak edib. Azərbaycanın “Təhsil” nəşriyyatında çap olunan “Çərçivə” kitabı ilk dəfə olaraq MDB ölkələrinin beynəlxalq “Kitab sənəti” müsabiqəsinin “Qran-pri”sinə layiq görülüb.

Müsabiqəyə 10 dövlətdən olan nəşriyyatlar 155 kitab təqdim edib. Münsiflər bütün kitabları gözdən keçiriblər və gizli səsvermə yolu ilə 9 nominasiyanın hər biri üzrə 6 kitab seçərək 54 kitabdan ibarət “qısa siyahı”nı tərtib ediblər. Mədəniyyət və Turizm Nazirliyinin “Əfəndi” nəşriyyatı ilə birgə layihəsi olan “Mədəniyyət” kataloqu 36 bal toplayaraq “Bizim müasirimiz” nominasiyasında üçüncü yerə layiq görülüb. Miniatür Kitab Muzeyi tərəfindən nəşr edilən, 7 kitabdan ibarət miniatür nəşr seriyasından olan kitablar isə “Həmrəylik” nominasiyasında ikinci yeri tutub.

“Kitab sənəti-2010” müsabiqəsinin “Qran-pri”sinə layiq görülən “Çərçivə” kitabının müəllifi Çingiz Əlioğludur. Kitabda onun müxtəlif vaxtlarda yazdığı şeirlər və çəkdiyi fotoşəkillər toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR