Bank Of Baku

Əbülfəs Qarayev: “Bəzən çəkilən filmlərin keyfiyyəti bizi qane etmir”

Əbülfəs Qarayev: “Bəzən çəkilən filmlərin keyfiyyəti bizi qane etmir”
# 11 iyun 2010 08:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda son illər çəkilən filmlər tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev APA-nın sualını cavablandırarkən də son illər çəkilən filmlərə müxtəlif yanaşmalar olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, müxtəlif ölkələrdə də az büdcəli və çox böyük büdcəli filmlər çəkilib: “Azərbaycanda isə biz bu gün biz çox böyük həcmli filmlərin çəkilişinə vəsait ayıra bilmərik. Hər il dövlət büdcəsindən kino çəkilişinə 6 milyon manata qədər vəsait ayrılır və bu vəsait hesabına biz həm sənədli, həm də tammetrajlı filmlərin çəkilişini həyata keçiririk. Sözsüz ki, bəzən çəkilən filmlərin keyfiyyəti bizi qane etmir, bəzən də deyirik ki, bu vəsaitə daha maraqlı film çəkilə bilərdi. Bu problemlərin aradan qalxması üçün çalışırıq və bu proses davamlı olaraq gedir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR