Bank Of Baku

Əbülfəs Qarayev Vatikanın mədəniyyət məsələləri üzrə Papa Şurasının sədri, arxiyepiskop Canfranko Ravazi ilə görüşüb

Əbülfəs Qarayev Vatikanın mədəniyyət məsələləri üzrə Papa Şurasının sədri, arxiyepiskop Canfranko Ravazi ilə görüşüb
# 16 iyun 2010 11:33 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Vatikanın mədəniyyət məsələləri üzrə Papa Şurasının sədri, arxiyepiskop Canfranko Ravazi ilə görüşüb. APA-nın məlumatına görə, Əbülfəs Qarayev aprel ayında Vatikana etdiyi səfəri və arxiyepiskop Canfranko Ravazinin ölkəmizə səfərini qeyd edərək bildirib ki, bu səfərlər Azərbaycanla Vatikan arasında mədəniyyət sahəsində münasibətlərin inkişafına nümunədir.

Canfranko Ravazi öz növbəsində Vatikanla Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafından razı olduğunu bildirib və muğam ustası Alim Qasımovun Vatikanda verdiyi konserti məmnunluqla xatırlayıb. O, qarşılıqlı əməkdaşlığın mümkün istiqamətlərini vurğulayaraq bildirib ki, mədəni mübadilənin genişləndirilmək, katolik dünyasını Azərbaycan mədəniyyəti ilə tanış etmək üçün birgə tədbirlərin keçirilməsi, akademik strukturlar, təhsil müəssisələri arasında əməkdaşlıq, tələbələrə Romada təhsil almaq üçün təqaüdlərin ayrılması, Vatikan muzey və arxivlərində işləmək sahəsində əməkdaşlıq vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR