Bank Of Baku

Azərbaycanda Gürcüstan Mədəniyyət Günləri keçiriləcək

Azərbaycanda Gürcüstan Mədəniyyət Günləri keçiriləcək
# 17 iyun 2010 12:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 22-23 iyun tarixlərində Bakıda Gürcüstan mədəniyyət Günləri keçiriləcək. APA-nın məlumatına görə, mədəniyyət günlərinin keçirilməsində məqsəd iki ölkə arasında mədəniyyət əlaqələrinin gücləndirilməsidir. Bununla əlaqədar olaraq Gürcüstan nümayəndə heyəti iyunun 21-də Azərbaycana gələcək. Nümayəndə heyətinə Gürcüstan mədəniyyət nazirinin müavinlərindən biri rəhbərlik edəcək. Gürcüstan Mədəniyyət Günlərinin rəsmi açılışı iyunun 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında reallaşacaq. Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR