Bank Of Baku

Heydər Əliyev Sarayında Azərbaycan və Litvanın birgə layihəsi olan “Notre Dame de Paris” müziklinin təqdimatı keçirilib - FOTOSESSİYA

Heydər Əliyev Sarayında Azərbaycan və Litvanın birgə layihəsi olan “Notre Dame de Paris” müziklinin təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 18 iyun 2010 08:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İyunun 17-də Heydər Əliyev Sarayında Viktor Hüqonun “Paris Notr Dam kilsəsi” romanının motivləri əsasında yazılmış “Notre Dame de Paris” müziklinin ilk nümayişi keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu tamaşa Azərbaycan və Litva arasında həyata keçirilən “Mədəniyyət paytaxları dialoqu” layihəsinin nəticəsi olaraq səhnəyə qoyulub: “Bu iki ölkə arasında mədəni əlaqələrin inkişafına xidmət edəcək bir layihədir”. Litvanın Azərbaycandakı səfiri Kyastutis Kudzmanas da Bakı səhnəsində Azərbaycan, Litva və Polşa musiqiçilərinin ifasında səslənən bu əsərin yeni səhnə variantını izləməkdən məmnunluğunu dilə gətirib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan bu müziklin bəstəkarı Riçard Koççantedir. Müzikl ilk dəfə 1998-ci ildə Paris şəhərində səhnəyə qoyulub və tezliklə ilin ən uğurlu olan əsəri olaraq Ginnesin rekordlar kitabına düşüb. Azərbaycanda uzun müddət səhnələşdirilən bu müziklin rejissoru Ramunas Marcinkus (Litva), xoreoqraf Paulina Andrzajewska (Polşa), vokal üzrə məşqçi Rauf Babayev (Azərbaycan), prodüserlər Andrisu Brokas və Egmontas Bjezskasdır (Litva). Məhəbbət və nifrət, ehtiras və iztirab, sədaqət və xəyanət əhvalatı olan “Notre Dame de Paris” müziklin rollarında Azərbaycan və Litva vokalçıları çıxış ediblər. Müzikldə Esmeralda rolunu Nailə Zeynalova, Kvazimodo rolunu İlham Nəzərov, Frollo rolunu Viktoras Malinauskas, Feb rolunu Elnur Hüseynov, Flör de Lis rolunu Səbinə Babayeva, Lopen rolunu Jeronimas Milius və Qrenquar rolunu Meskela Povilas canlandırıb. Səhnə əsərində rəqsləri Polşa Balet Məktəbinin yetirmələri ifa ediblər.

Müzikli mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Litvanın Azərbaycandakı səfiri Kyastutis Kudzmanas, eləcə də Azərbaycanda səfərdə olan Vatikanın mədəniyyət məsələləri üzrə Papa Şurasının sədri, arxiyepiskop Canfranko Ravazi sona kimi izləyib. Azərbaycan və Litvanın birgə layihəsi olan bu müziklin Litvada da nümayişi nəzərdə tutulur. İyunun 18-də də müziklin ikinci təqdimatı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR