Bank Of Baku

Azərbaycan Dövlət Film Fondu ilə Rusiya Kino və Foto Sənədlər Arxivi arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan Dövlət Film Fondu ilə Rusiya Kino və Foto Sənədlər Arxivi arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb
# 18 iyun 2010 09:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Film Fondu ilə Rusiya Kino və Foto Sənədlər Arxivi arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb. Bu barədə APA-ya Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib. O, deyib ki, imzalanma Azərbaycan nümayəndə heyətinin Rusiya Kino və Foto Sənədlər Arxivində olduqları zaman baş tutub. İmzalanan sazişə əsasən hər iki ölkənin arxivi bir çox işlərdə bir-birinə kömək edəcək: “Həm arxiv sənədlərinin axtarılması və araşdırılıb tapılması ilə bağlı, eyni zamanda müxtəlif filmlərin qorunması və bərpası ilə bağlı məsləhətlər vermək, monitorinqlər keçirmək də bu əməkdaşlığa daxildir. Bizim əməkdaşlığımız artıq 3 ildir davam edir. Ancaq bu əməkdaşlıq artıq rəsmiləşdi”.

C. Quliyev deyib ki, bir neçə ildir əməkdaşlıq etdikləri Rusiya arxivi Azərbaycan Dövlət Film Fondunu onlara göstərdiyi köməyə görə qiymətli hədiyyə ilə mükafatlandırıb: “Həmin hədiyyə fondun muzeyində saxlanılır. Vaxtilə kinostudiyada çalışmış Məmməd Babayevin şəxsi arxivindən 40-a qədər şüşə üzərində neqativ tapılıb və fonda daxil edilib. Bu neqativlər Azərbaycan kinosunun 20-30-cu illərdəki fəaliyyətini özündə əks etdirir. Hazırda həmin neqativlər üzərində bərpa işləri aparılır. Neqativlər xüsusi kamera və xüsusi temperatur rejimində saxlanılır. O dövrdə şüşə üzərində hazırlanıb saxlanılırdı. Atmosferin təsiri neqativlərə o qədər də mənfi təsir göstərməyib. Həmin materiallar bizim fonda daxil olub”.

Fond rəhbəri deyib ki, Məmməd Babayev kino laboratoriyada həvəskar fotoqraf kimi çalışıb və uzun illər Azərbaycan kinosu ilə bağlı müxtəlif tədbirlərdə iştirak edərək onları fotoya köçürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR