Bank Of Baku

Lahıc qəsəbəsi, Nic kəndi və Qırmızı qəsəbənin YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına salınması istiqamətində işlər aparılır

Lahıc qəsəbəsi, Nic kəndi və Qırmızı qəsəbənin YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına salınması istiqamətində işlər aparılır
# 21 iyun 2010 10:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan mədəniyyətinin və ölkəmizdə tarixən mövcud olan tolerant mühitin beynəlxalq səviyyədə təbliği üçün Lahıc qəsəbəsi, Nic kəndi və Qırmızı qəsəbənin “Mədəniyyət məkanı” adı ilə YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi məqsədilə müvafiq istiqamətdə işlərə start verilib. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən namizədlik fayllarının hazırlanması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının ekspertləri, eyni zamanda video-çarxların hazırlanması üçün rejissor heyəti cəlb olunub. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, gələcəkdə digər Azərbaycan qəsəbə və kəndlərinin mədəniyyət məkanı kimi YUNESKO-ya təqdim edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti və Novruz bayramı (beynəlmiləl fayı kimi) YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısındadır. Hal-hazırda Azərbaycan xalça sənətinin 2010-cu ildə bu siyahıya daxil edilməsi ilə əlaqədar müvafiq işlər aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR