Bank Of Baku

Gürcüstanın nazir müavini: “Nəriman Nərimanovun Gürcüstandakı ev muzeyinin yeni layihəsi tamamlanmaq üzrədir”

Gürcüstanın nazir müavini: “Nəriman Nərimanovun Gürcüstandakı ev muzeyinin yeni layihəsi tamamlanmaq üzrədir”
# 21 iyun 2010 13:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycanın ictimai xadimi Nəriman Nərimanovun ev muzeyinin yeni layihəsi tamamlanmaq üzrədir. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Gürcüstanın mədəniyyət nazirinin müavini Marine Coqoşvili deyib. Nazir müavini bildirib ki, sentyabrda artıq Nəriman Nərimanovun ev muzeyi ilə bağlı yeni işlərin başlanılması nəzərdə tutulur.

M. Coqoşvili Dağlıq Qarabağda Azərbaycan mədəniyyət abidələrinin dağıdılmasına da öz münasibətini açıqlayıb: “Mədəniyyət abidələrini heç vaxt heç bir yerdə məhv etmək olmaz. Çünki o bizim mədəniyyətimizin bir hissəsidir. Hər birimiz mədəniyyətimizi, abidələrimizi qorumağa borcluyuq və heç bir zaman dağıtmamalıyıq, əksinə hər bir vəchlə qorumalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR