Bank Of Baku

Parisdə Qeyri-maddi mədəni irsin qorunması üzrə konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının üçüncü sessiyası keçiriləcək

Parisdə Qeyri-maddi mədəni irsin qorunması üzrə konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının üçüncü sessiyası keçiriləcək
# 21 iyun 2010 15:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İyunun 22-24-də Parisdə YUNESKO-nun mənzil qərargahında Qeyri-maddi mədəni irsin qorunması üzrə konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının üçüncü sessiyası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sessiya zamanı konvensiyanın fəaliyyət qaydaları nəzərdən keçirilərək, üzv dövlətlər tərəfindən edilmiş dəyişikliklər müzakirə ediləcək. Eyni zamanda sessiyada Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə 12 yeni üzv seçiləcək. Məlumatda bildirilib ki, Azərbaycan da bu Komitəyə öz namizədliyini irəli sürüb. Namizədliyin dəstəklənməsi ilə bağlı Azərbaycanın bir sıra daxili dövlət qurumları və xarici ölkələrdə fəaliyyət göstərən səfirlikləri tərəfindən müvafiq təşviqat işləri aparılıb. Tədbirdə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi, eyni zamanda Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi altında nümayəndə heyəti iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR