Bank Of Baku

Cənubi Koreyada keçiriləcək “Böyük Bekçə” dünya festivalında Şəki şəhəri də iştirak edəcək

Cənubi Koreyada keçiriləcək “Böyük Bekçə” dünya festivalında Şəki şəhəri də iştirak edəcək
# 29 iyun 2010 11:41 (UTC +04:00)
Şəki. Ülkər Qasımova – APA. Bu ilin sentyabrın 18-dən oktyabrın 17-dək Cənubi Koreyada keçiriləcək “Böyük Bekçə” Dünya Festivalında (“Great Baekje World Festival-2010”) Şəki şəhəri də iştirak edəcək. Bu barədə APA-nın Şəkiyə ezam olunmuş əməkdaşına Şəkinin icra başçısının elm, səhiyyə və mədəniyyət müavini Zərinə Cavadova məlumat verib. Onun sözlərinə görə, Şəki ötən ilin sentyabrında bu festivalda iştiraka dəvət alıb. Sözügedən festival təxminən 50 ilə yaxındır ki, ənənəvi olaraq hər il keçirilir: “Bu festivalın keçirilməsində əsas məqsəd 700 ildən artıq mövcud olmuş Böyük Bekçənin tarixi və mədəniyyətini qoruyub saxlamaq və təbliğ etməkdir. Bu festivala dəvət olunan dünyanın tarixi şəhərləri öz qədim tarixlərini, mədəniyyətlərini əks etdirirlər. Festivalın dəvət olunan şəhərlərin qarşısında qoyulan şərtlərdən biri ondan ibarətdir ki, onlar xüsusi quraşdırılmış meydançada sərgi ilə iştirak etməlidir. Şəki şəhərinin nümayəndə heyəti bu festivalda iştirak etmək haqqında artıq qərar qəbul edib”.

Şəki şəhəri bu festivalda bir sərgi ilə çıxış edəcək və bu sərgidə qədim Şəkinin ümumi görünüşü əks olunacaq: “Milli geyimlərimiz, məişətimizi əks etdirən fotolar, xalq tətbiqi sənət nümunələri, yəni müxtəlif sənətkarların əl işləri həmin festivalda nümayiş olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR