Bank Of Baku

Şəkidə “Sarı gəlin” Norveç-Azərbaycan ansamblının konserti keçirilib ––FOTOSESSİYA

Şəkidə “Sarı gəlin” Norveç-Azərbaycan ansamblının konserti keçirilib ––<font color=red>FOTOSESSİYA</font>
# 30 iyun 2010 03:23 (UTC +04:00)
Şəki. Ülkər Qasımova – APA. Finlandiyalı musiqiçi Nikita Yujanin Şəkidə ustad dərsləri keçirib. Professor “İpək Yolu” I Beynəlxalq Festival çərçivəsində Şəki Musiqi Kollecinin tələbələrini məlumatlandırıb. APA-nın Şəkiyə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan məhz bu festivalda iştirak etmək məqsədi ilə səfər edən pianoçu, 20 ildən artıq Sankt-Peterburq Konservatoriyasında kafedra müdiri, fortepiano fakültəsinin dekanı olub. Musiqiçi dünyanın bir sıra ölkələrində, ABŞ, Yaponiya, Rusiya, Almaniya, Finlandiya, İtaliya, Çin, Asiya ölkələri, Şərqi Avropa, Latın Amerikası, Afrikada simfonik orkestrlərlə çıxış edərək solo konsertləri verib, ustad dərsləri və simpoziumlar keçirib.

Festival Alban məbədində “Sarı gəlin” Norveç-Azərbaycan ansamblının konserti ilə davam etdirilib. Konsertdə ansamblın vokalçıları Norveçdən Liv Runesdatter və Azərbaycandan Ehtiram Hüseynovdur. Konsertdən əvvəl çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Şəkidə səfərdə olan Norveçin ölkəmizdəki səfiri Jon Ramberq bu ansamblın yaradılma tarixindən danışıblar. Bildiriblər ki, ansamblın ilk konserti bu ilin mayında Azərbaycan Dövlət Filarmoniyasında baş tutub. J.Ramberq bildirib ki, “Sarı gəlin” Azərbaycana məxsusdur və bunu heç bir vəchlə danmaq olmaz. Proqramda ansambl üzvləri festival iştirakçıları qarşısında “Zabul Segah”, “Şüştər”, “Bayati-Şiraz” muğamlarını, “Sarı gəlin” xalq mahnısını qeyri-adi formada ifa ediblər. Tədbirdə eyni zamanda Norveç musiqiləri də Şəki əhlində maraq doğurub. Azərbaycan və Norveç musiqisinin sintezi isə konsertə rəng qatıb. Sözügedən ansamblın üzvləri Norveçdən vokalçı Liv Runesdatter, skripka ifaçısı Tuva Thomassen Bolstad, akkordeon ifaçısı Lelo Nika, Azərbaycanda isə kamança ifaçısı Elşən Mansurov, vokalçı Ehtiram Hüseynov, tarzən Ələkbər Ələkbərovdur. Konsertdən sonra festivalın əsas təşkilatçılarından olan Şəki İcra Hakimiyyəti tərəfindən ansamblın üzvlərinə fəxri fərman təqdim edilib.

İyunun 29-da sonuncu tədbir “Yuxarı Karvansaray”da Şəki və Bakı musiqi kollektivlərinin iştirakı ilə baş tutub. Konsertdə Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Süleyman Ələsgərov, Rəşid Əfəndiyev. Qara Qarayev, Cahangir Cahangirov və digər bəstəkarların əsərləri rəqslə ifa olunub. Bu əsərlər Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR