Bank Of Baku

Şəkidə “İpək Yolu” I Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib–FOTOSESSİYA

Şəkidə “İpək Yolu” I Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib–<font color=red>FOTOSESSİYA</font>
# 01 iyul 2010 22:17 (UTC +04:00)
APA-nıln Şəkiyə ezam olunmuş əməkdaşının məlumatına görə, mərasim “Yuxarı Karvansray”da baş tutub. Tədbir iştirakçıları əməkdar incəsənət xadimi Azad Əliyevin dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin, dirijor Şəhla Ələkbərovanın rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına Xoru, eləcə də Şəkili Ələsgər adına Şəki Musiqi Kollecinin Xorunun təqdimatında Cövdət Hacıyev, Aqşin Əlizadə, Niyazi, J. Bize, Firəngiz Əlizadə və digər bəstəkarlarının əsərləri ifa olunub. Təntənəli bağlanış mərasimində əməkdar artist Gülnaz İsmayılova və respublika muğam müsabiqəsinin qalibi ,Güllü Muradova çıxış edib. “İpək Yolu” I Beynəlxalq Musiqi Festivalına Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel Xoru”yla yekun vurulub,

Şəki şəhər icra başçısı Murad Cabbarlı tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə və başqaları fəxri fərmanla təltif edilib.

Qeyd edək ki, sözügedən festival Azərbaycan Bəstəkarlar İttifaqı, Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Festival beş gün davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR