Bank Of Baku

Azərbaycanla İran arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycanla İran arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb
# 05 iyul 2010 11:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Hüseyninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq, gələcək perspektivlər müzakirə olunub. Görüşün sonunda mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb.

Protokola əsasən bu ilin sentyabr ayında İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Daha sonra isə Azərbaycanda İran Mədəniyyət Günləri təşkil olunacaq. İmzalanma mərasimindən sonra Ə. Qarayev iranlı həmkarına Azərbaycan xalçası hədiyyə edib.

İranın nümayəndə heyətinin səfəri Beynəlxalq Muğam Mərkəzində İran musiqi qrupunun konserti ilə yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR