Bank Of Baku

İordaniyada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

İordaniyada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 05 iyul 2010 12:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İordaniyada Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır. APA-nın xəbərinə görə, bu barədə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, təklif İordaniyadan gəlib və Azərbaycan tərəfindən qəbul olunub. Nazir deyib ki, Azərbaycan mədəniyyət sahəsində MDB ölkələri ilə ikitərəfli münasibətləri davam etdirir, əsas məqsəd isə Avropa və Yaxın Şərq ölkələri əməkdaşlıq etməkdir.

Ə. Qarayev gələn ilin aprelində keçiriləcək Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqların uğurla davam etdiyini də söyləyib: “Payız ayları üçün bütün hazırlıq işlərini bitirmək niyyətindəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR