Bank Of Baku

“Koramal” filmi İranda keçiriləcək “Rəhmət” IV qısametrajlı beynəlxalq filmlər festivalında iştirak edəcək

“Koramal” filmi İranda keçiriləcək “Rəhmət” IV qısametrajlı beynəlxalq filmlər festivalında iştirak edəcək
# 05 iyul 2010 12:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Koramal” filmi İranda keçiriləcək “Rəhmət” IV qısametrajlı beynəlxalq filmlər festivalında iştirak edəcək. APA-nın məlumatına görə, iyulun 16-dan 20-dək keçiriləcək festival milli və beynəlxalq bölmələr üzrə təşkil olunacaq və “Koramal” beynəlxalq bölmədə təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin 2009-cu il “Bu meydan, bu ekran” layihəsi çərçivəsində çəkilən və “EXA prodakşn”ın istehsalı olan bu filmin ssenari müəllifi və quruluşçu rejissorları Xəyyam Abdullayev və Elməddin Alıyev, operatoru Rövşən Quliyev, rəssamı Nərminə Novruzovadır. Filmdə İlqar Cahangirov, İdris Rüstəmov, Kazım Abdullayev çəkiliblər. Qeyd edək ki, “Koramal” 2009-cu ildə Latviyanın paytaxtı Riqa şəhərində keçirilən “2ANNAS” beynəlxalq film festivalında “Srecial Mention” mükafatına layiq görülüb, Serbiyada keçirilən 8-ci “Dokufest” film festivalında, Ukraynada keçirilən “Stupeni” beynəlxalq kino festivalında mükafat qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR