Bank Of Baku

Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi münasibəti ilə bir sıra tədbirlər həyata keçiriləcək

Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi münasibəti ilə bir sıra tədbirlər həyata keçiriləcək
# 06 iyul 2010 12:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi münasibəti ilə bir sıra tədbirlər həyata keçiriləcək. Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcovun APA-ya verdiyi məlumata görə, bu münasibətlə artıq muzeydə kitabların nəşri nəzərdə tutulur. S. Fərəcov deyib ki, hazırda muzeydə “Üzeyir müasirlərin xatirələrində” kitabı hazırlanır. Bununla yanaşı, yubiley ərəfəsində Üzeyir Hacıbəylinin naməlum əsərlərindən ibarət konsertin təşkili nəzərdə tutulur: “Artıq Rauf Abdullayevlə danışıqlarımız olub. Konsertin proqramını da müəyyənləşdirmişik. Yubiley münasibəti ilə təşkil olunacaq konsertdə Üzeyir Hacıbəylinin naməlum əsərləri səslənəcək. Eyni zamanda bu il ərzində artıq bəzi işlər görülüb və həm divardan asmaq, həm masa üstünə qoymaq üçün təqvimlər hazırlanıb. Bu təqvim artıq bütün təşkilatlara təqvim olunub”.

Yubileylə əlaqədar tədbirlər planına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Ər və arvad” tamaşasının hazırlanması da salınıb. Sərdar Fərəcovun redaktəsi ilə orkestr üçün işlədiyi variant əsasında bu əsər sözügedən teatrda səhnələşdirilir.

Üzeyir Hacıbəylinin “Koroğlu”, “Əsli və Kərəm” əsərlərinin yeni not versiyası hazırlanır və yubiley ərəfəsində işıq üzü görəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR