Bank Of Baku

Amerikalı bəstəkar Üzeyir Hacıbəylinin kiçik melodiyası əsasında simfonik orkestr üçün əsər yazıb

Amerikalı bəstəkar Üzeyir Hacıbəylinin kiçik melodiyası əsasında simfonik orkestr üçün əsər yazıb
# 06 iyul 2010 12:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Amerikalı bəstəkar Con Naunene Azərbaycanın dünya şöhrətli bəstəkarı Üzeyir Hacıbəylinin kiçik melodiyası əsasında yeni əsər yazıb. Bu barədə APA-ya məlumat verən Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov bildirib ki, amerikalı bəstəkar əsəri simfonik orkestr üçün yazıb və artıq əsəri muzey rəhbərliyinə göndərib. Muzey rəhbərinin sözlərinə görə, amerikalı bəstəkarın Üzeyir Hacıbəylinin kiçik melodiyası əsasında ərsəyə gətirdiyi əsər bəstəkarın yubileyi ərəfəsində təqdim olunacaq.

Eyni zamanda Üzeyir Hacıbəylinin yubileyi münasibəti ilə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi tərəfindən bəstəkarın həyat və yaradıcılığını əks etdirən sənədli filmin çəkilişlərinə başlanılıb. Hazırda filmin çəkilişləri bəstəkarın ev muzeyində aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR