Bank Of Baku

Beynəlxalq Muğam Mərkəzində İran müğənnisi Mohtabadın və “Rudaki” musiqi qrupunun konserti olub

Beynəlxalq Muğam Mərkəzində İran müğənnisi Mohtabadın və “Rudaki” musiqi qrupunun konserti olub
# 07 iyul 2010 08:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İyulun 6-da Beynəlxalq Muğam Mərkəzində İran müğənnisi Mohtabadın və “Rudaki” musiqi qrupunun konserti olub. APA-nın məlumatına görə, mərkəzin foyesində İranın tarixini əks etdirən fotosərgi və bu ölkədə son illərdə çap edilmiş kitablar nümayiş etdirilib.

Tədbirə İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami və Bakıda səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyni də qatılıblar.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, iki ölkə arasında əməkdaşlığın genişlənməsində qarşılıqlı mədəni əlaqələrin mühüm rolu var. O, belə görüşlərin və tədbirlərin Azərbaycanla İran arasında tarixi dostluq əlaqələrinin daha da gücləndirilməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb. Nazir cari ildə İranda Azərbaycan Mədəniyyət Günlərinin keçiriləcəyini bir daha diqqətə çatdırıb.

İran musiqiçilərinin bir neçə saatlıq çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR