Bank Of Baku

Bakı Uşaq Teatrı 9-cu teatr mövsümünü bağlayacaq

Bakı Uşaq Teatrı 9-cu teatr mövsümünü bağlayacaq
# 07 iyul 2010 10:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı Uşaq Teatrı bu həftə 9-cu teatr mövsümünü bağlayacaq. Teatrdan APA-ya verilən məlumata görə, mövsümün qapanışı ilə əlaqədar iyulun 9-da rejissor Mehman Dilqəmoğlunun balacalar üçün hazırlanmış “Əhmədin yuxusu”, böyüklər üçün Vidadi Əliyev və İntiqam Soltanın rejissoru olduğu “İmperator” tamaşalarının nümayişi təşkil ediləcək.

İyulun 13-də isə Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən əlil uşaqlardan ibarət Teatr Studiyasının ifasında “Göyçək Fatma və dostları” tamaşası göstəriləcək. Tamaşanın quruluşçu rejissoru İntiqam Soltandır. Baş rolları Cavanşir Məhərrəmov, Ruslan Mürsəlov, Könül Şahbazlı, Mehman Dilqəmoğlu, Esmira Həsənli, Rəşad Bəxtiyarov və əlil uşaqlar oynayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR