Bank Of Baku

Polad Bülbüloğlunun sədrliyi ilə MDB Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin iclası keçirilib

Polad Bülbüloğlunun sədrliyi ilə MDB Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin iclası keçirilib
# 07 iyul 2010 11:08 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilk dəfə olaraq MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri qismində bu qurumun iclasını keçirib. APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya paytaxtındakı “Prezident” otelində keçirilən iclasda P. Bülbüloğlu qurumun fəaliyyətini tənzimləyən sənədlərin və keçiriləcək tədbirlərin yekun cədvəlinin təsdiqlənməsini zəruri sayıb. Təşkilatın icraçı direktoru Armen Smbatyan isə elmi və yaradıcı ziyalıların V Forumuna hazırlıq haqda iştirakçılara məlumat verib. O, forumun bu il oktyabrın 14-15-də Moskvada keçiriləcəyini açıqlayıb. Birlik üzvlərinin hər biri azı 20 nəfərlik nümayəndə heyətləri ilə toplantıya qatılacaq.

MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin iclasında fondun həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR