Bank Of Baku

Azərbaycanda Samp-Qitələrarası muzeylər şəbəkəsinin seminarı keçiriləcək

Azərbaycanda Samp-Qitələrarası muzeylər şəbəkəsinin seminarı keçiriləcək
# 08 iyul 2010 10:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İyulun 9-11-də Bakıda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Samp-Qitələrarası muzeylər şəbəkəsinin işində iştirakı çərçivəsində seminar keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, seminarda Samp təşkilatının icraçı direktoru Elizabet Olofsson, Stokholm Kral Texnologiya Universitetinin, Filippin, Tanzaniya, Kolumbiya, Hindistan muzeylərinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edəcək. Seminarda Azərbaycanda ilk dəfə olaraq muzey işinə dair beynəlmiləl nəşr olan “Daha yaxşı işləməyin yolları, işçiləri təşviq etmənin əhəmiyyəti” adlı kitabın təqdimatı da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR