Bank Of Baku

Dünya şöhrətli cazmen Al Cero Qəbələdə keçiriləcək beynəlxalq festivalda çıxış edəcək – EKSKLÜZIV – FOTO

Dünya şöhrətli cazmen Al Cero Qəbələdə keçiriləcək beynəlxalq festivalda çıxış edəcək – <font color=red>EKSKLÜZIV – FOTO </font>
# 08 iyul 2010 12:23 (UTC +04:00)
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli APA-ya açıqlamasında bildirib ki, ötənilki festivaldan fərqli olaraq bu il festival çərçivəsində müsabiqə təşkil olunmayacaq.

F. Bədəlbəyli deyib ki, dünya şöhrətli musiqiçi, cazmen Al Cero festivalda konsert proqramı ilə çıxış edəcək: “Artıq festivalın proqramını hazırlamışıq. Festivala bir dəfə Bakı Caz Festivalında iştirak etmiş dünya şöhrətli sima Al Cero da qatılacaq. Onun Qəbələ festivalı çərçivəsində konserti iyulun 27-də olacaq”.

F. Bədəlbəyli festivalda London Kral Orkestrinin ifasında Azərbaycanın görkəmli bəstəkarları Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Tofiq Quliyev və Fərhad Bədəlbəylinin mahnılarının səslənəcəyini söyləyib.

İyulun 30-da festivalın təntənəli qapanış mərasimi olacaq. Festival çərçivəsində iyunun 25-də xalq artisti Fərhad Bədəlbəyli və əməkdar artist Murad Adığögəlzadənin birgə konsertinin, eləcə də Rusiyanın məşhur pianoçusu Boris Berezovskinin konsertinin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, festival Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Musiqi Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR