Bank Of Baku

Dövlət Film Fondu tərəfindən “Sovet ekranı” jurnalında çap olunmuş Azərbaycan kinosuna aid məqalələrin siyahısı hazırlanıb

Dövlət Film Fondu tərəfindən “Sovet ekranı” jurnalında çap olunmuş Azərbaycan kinosuna aid məqalələrin siyahısı hazırlanıb
# 08 iyul 2010 14:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Kinorejissor Eldar Quliyevin çəkdiyi filmlər haqqında məlumatlar Dövlət Film Fonduna təqdim olunub. Fonddan APA-ya verilən məlumata görə, bu materiallar vaxtilə “Sovet ekranı” jurnalında çap olunmuş məşhur “Bir cənub şəhərində” filmi ilə bağlı məqalələrdir. Bu sırada “Ürək, ürək” filminə həsr olunmuş məqalə də yer alıb. Bu məqalələr görkəmli rus yazarları İrina Myakqova, Yelena Borisoqlebskaya və N. Zorkaya tərəfindən yazılıb.

Novokominsk şəhərində yaşayan V.cQozilkovla aparılan danışıqlar nəticəsində Dövlət Film Fonduna vaxtilə “Sovet ekranı” jurnalında dərc olunmuş görkəmli kinorejissorlar Əjdər İbrahimov, Tofiq Tağızadə, Həsən Seyidbəyli, Şamil Mahmudbəyov haqqında da resenziyalar daxil olacaq. Bunlar 50-60-70-ci illərdə dərc olunmuş məqalələrdir.

Onu da bildirək ki, Dövlət Film Fondu tərəfindən vaxtilə “Sovet ekranı” jurnalında çap olunmuş Azərbaycan kinosuna aid məqalələrin siyahısı hazırlanıb. Bu siyahı 1958-78-ci illəri əhatə edir və tədqiqat işləri nəticəsində Film Fondu son iki il ərzində həmin “Sovet ekranı” jurnalının arxivindən bu materialların nömrələrini əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR