Bank Of Baku

Gürcü ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin problemləri müzakirə edilib

Gürcü ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin problemləri müzakirə edilib
# 08 iyul 2010 16:00 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Marneuli şəhərindəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində gürcü ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin problemləri ilə bağlı müzakirə keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov gürcü ali məktəblərində təhsil alan tələbələrin qaldırdıqları problemlərin həllinə çalışacağını, dövlət strukturları və aidiyyəti orqanlar qarşısında məsələ qaldıracağını deyib. Sonra tələbələr Samirə Bayramova, Ellada Muxayeva, Pərvanə Hüseynova, Aynur Əliyeva, Nilufər Qurbanova və başqaları çıxış edərək təkliflərini bildiriblər.

Mədəniyyət Mərkəzinin tələbələrlə iş üzrə koordinatoru Xatirə Əmiraslanova çıxışında gürcü ali məktəblərində azərbaycanlı gənclərin təhsili ilə bağlı mart ayından aparılan monitorinq barədə məlumat verib: “İki yüzdən artıq tələbə Azərbaycanın müxtəlif təşkilatlarından təqaüd alır. Biz tələbələrin dərslərə davamiyyətini yoxladıq və yəqin etdik ki, onlardan 20 nəfəri təhsil ocaqlarına heç gəlmir və hər ay təqaüd alırlar. Təqaüd almayan 150 nəfər isə gürcü ali məktəblərində yaxşı qiymətlərlə oxuyur, hətta gürcü dili ilə birlikdə xarici dilləri də əla bilirlər. Sentyabr ayından başlayaraq monitorinq qrupu öz işini davam etdirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR