Bank Of Baku

Azərbaycanın azyaşlı rəqqasları Vyanada keçirilən festivalda uğur qazanıblar

Azərbaycanın azyaşlı rəqqasları Vyanada keçirilən festivalda uğur qazanıblar
# 09 iyul 2010 08:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Uşaq Yaradıcılığı Beynəlxalq Forumunun təşkilatçılığı ilə Vyanada növbəti festival-müsabiqə keçirilib. APA-nın məlumatına görə, “Vyana bürcləri: musiqi, ahəng, incəsənət” devizi altında baş tutan müsabiqəyə müxtəlif ölkələrdən uşaq yaradıcılıq qrupları qatılıb. Müsabiqədə Azərbaycanı “Şərq çırağı" uşaq yaradıcılıq mərkəzinin azyaşlı uşaqlardan ibarət rəqs qrupu təmsil edib.

Festival-müsabiqədə uğurla çıxış edən Azərbaycanın kiçik rəqqasları milli xoreoqrafiya janrı üzrə I, milli rəqs üzrə (duet) II və estrada janrı üzrə (solo) II yerə layiq görülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR