Bank Of Baku

Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin kollektivi İtaliya və Almaniyaya səfər edəcək

Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin kollektivi  İtaliya və Almaniyaya səfər edəcək
# 09 iyul 2010 11:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bu ilin sonunadək bir sıra beynəlxalq festivallarda iştirak edəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, bu sırada orkestrin İtaliya və Almaniyaya səfəri də planlaşdırılır.

Orkestrin Ü. Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar bir sıra konsert proqramları və çıxışları da nəzərdə tutulur. Hazırda orkestr bu tədbirlər üçün yeni proqram hazırlayır.

Ə. Qarayev bildirib ki, məşhur bəstəkarın yubileyi münasibətilə həm ölkədə, həm də ölkə xaricində bir sıra tədbirlər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR