Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi poliqrafiya və nəşriyyat işinin təkmilləşdirilməsi istiqamətində xüsusi proqram hazırlayır

Mədəniyyət və Turizm Nazirliyi poliqrafiya və nəşriyyat işinin təkmilləşdirilməsi istiqamətində xüsusi proqram hazırlayır
# 09 iyul 2010 11:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda poliqrafiya və nəşriyyat işinin təkmilləşdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi proqram hazırlanır. APA-nın məlumatına görə, bunu Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə keçirdiyi tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, proqramın ilkin variantı artıq hazırdır: “Onu da qeyd etmək lazımdır ki, Azərbaycan nəşriyyatları beynəlxalq səviyyədə təmsil olunur. Bu yaxınlarda Çingiz Əlioğlunu kitabı mötəbər tədbirlərdən birində qran-pri mükafatına layiq görüldü. Ölkəmizdə də müvafiq yarmarkalar təşkil edilir. Ancaq bu işin daha da təkmilləşməsini istərdik. Düşünürəm ki, nəşrlər, mətbuat orqanları daha nəfis və maraqlı səviyyədə təqdim olunsa, bu, oxucuların da sayının artmasına gətirib çıxarar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR