Bank Of Baku

“Günay” uşaq teatrı beynəlxalq festivalda iştirak edib – FOTO

“Günay” uşaq teatrı beynəlxalq festivalda iştirak edib – <font color=red> FOTO </font>
# 13 iyul 2010 13:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yüz illik yubiley ərəfəsində Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yenicə fəaliyyətə başlayan Yaradıcılıq Studiyasının “Günay” uşaq teatrı Uşaq və Gənclər Teatrlarının 24-cü Beynəlxalq Festivalında iştirak edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollektiv festivalda Üzeyir Hacıbəylinin “Arşın mal alan” komediyasını nümayiş etdirib. Fransada keçirilən bu festivalda “Günay” uşaq teatrı mədəni ənənələri əks etdirən təsirli və dərin məzmunlu tamaşa üçün xüsusi mükafata layiq görülüb.

Balaca artistlər eyni zamanda Azərbaycan Respublikasının UNESCO-dakı səfiri Eleonora Hüseynova və Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüşüblər. Daha sonra onlar UNESCO-nun qərargahına rəsmi qəbul mərasiminə dəvət olunublar. Burada onlar üçün ekskursiya təşkil olunub. Balacaların şərəfinə verilən qəbul zamanı uşaqlara suvenirlər təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR