Bank Of Baku

Musiqili Komediya Teatrı müsabiqə elan edib

Musiqili Komediya Teatrı müsabiqə elan edib
# 14 iyul 2010 12:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı gələn mövsümdə teatrın simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. Müsabiqədə 18 yaşdan yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilər. Sənədlər sentyabrın 1-dək Musiqili Komediya Teatrında qəbul ediləcək.

Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev APA-ya bildirib ki, teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün bu müsabiqə çox vacibdir: “Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Ümid edirik ki, sentyabrda seçim turundan sonra yaradıcı heyətdə tam yenilik nəzərə çarpacaq”.

Bununla yanaşı, Ə. Lalayev gənc və istedadlı aktyor-vokalistlərə ehtiyac olduğunu də bildirib. Bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR