Bank Of Baku

Hüseynbala Əliyevə həsr edilmiş film hazırdır

Hüseynbala Əliyevə həsr edilmiş film hazırdır
# 15 iyul 2010 14:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Salnamə” və Sankt-Peteburqun “Lennauçfilm” kinostudiyalarının birgə istehsalı olan “Qafqaz qartalının uçuşu” sənədli filmi tam hazırdır. “Salnamə” kinostudiyasından APA-ya verilən məlumata görə, film II Dünya müharibəsinin qəhrəmanlarından olan Hüseynbala Əliyevə həsr olunub.

Filmin ssenari müəllifi Valentina Qurkalenko, quruluşçu rejissoru Tahir Əliyev, operatorları Elxan Rüstəmov və Maksim Konovalcukdur. Filmi Rusiyanın xalq artisti İvan Krasko və əməkdar artist Lüdmila İvanişenko səsləndirib. Çəkilişlər Sankt-Peterburq və Bakı şəhərlərində aparılıb, montajı və səsləndirmə işləri Sankt-Peteburqda həyata keçirilib. Filmin payız aylarında Sankt-Peterburq və Bakıda ilk nümayişinin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR