Bank Of Baku

“Koroğlu” operası MDB-nin layihəsi çərçivəsində İstanbul, Roma və Neapolda səhnəyə qoyulacaq

“Koroğlu” operası MDB-nin layihəsi çərçivəsində İstanbul, Roma və Neapolda səhnəyə qoyulacaq
# 15 iyul 2010 14:32 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Üzeyir Hacıbəylinin “Koroğlu” operası MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəklədiyi layihə çərçivəsində İstanbul, Roma və Neapol şəhərlərində səhnəyə qoyulacaq. Layihədə Azərbaycan, Rusiya, Qırğızıstan, Qazaxıstan və Türkiyədən olan 250 artist iştirak edir. Bu barədə APA-ya MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun mətbuat katibi Aleksandr Kaluqin məlumat verib.

İyulun 23-də operanın İstanbulda səhnələşdirilməsi I İstanbul Opera Festivalının əsas hadisəsi olacaq. Artıq artistlər Qazaxıstanın paytaxtı Astanada hazırlıqlara başlayıblar. Operanın quruluşçu rejissoru Azərbaycandan Əflatun Nemətzadədir. Koroğlu rolunu Tatarıstandan Əhməd Ağadi, Nigar rolunu Qazaxıstandan Gülzad Daurbayeva, Eyvaz rolunu Qırğızıstandan Yoldoş İsrailov ifa edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR