Bank Of Baku

Rüstəm İbrahimbəyovun “Kabusun gözü ilə” filminin premyerası keçiriləcək

Rüstəm İbrahimbəyovun “Kabusun gözü ilə” filminin premyerası keçiriləcək
# 16 iyul 2010 10:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayında 2 avqust – Milli Kino Günü münasibətilə tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən APA-ya verilən məlumata görə, həmin gün Rüstəm İbrahimbəyovun “Kabusun gözü ilə” filminin premyerası təşkil olunacaq.

Azərbaycan və Fransanın ilk birgə layihəsi olan film bu yaxınlarda Parisdə təqdim edilib. Baş rolları Mələk Abbaszadə, Şükufə Yusufova, Fatimə İbrahimbəyova, Tofiq Mirzoyev və fransız Rişar Marten ifa edib. R. İbrahimbəyov “Kabusun gözü ilə” filminin rejissoru və ssenari müəllifidir. Filmdə fransız və azərbaycanlı gəncin məhəbbətindən danışılır. Çəkilişlər Bakı ilə yanaşı, Fransada da aparılıb. Heydər Əliyev Sarayının foyesində filmin çəkiliş meydançasından foto-sərginin nümayişi də təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR