Bank Of Baku

Kinorejissor Rasim Ocaqovun çox nadir fotosu Dövlət Film Fonduna verilib

Kinorejissor Rasim Ocaqovun çox nadir fotosu Dövlət Film Fonduna verilib
# 16 iyul 2010 11:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Belarusdan Azərbaycan Dövlət Film Fonduna azərbaycanlı kinorejissor Rasim Ocaqovun çox nadir fotosu daxil olub. Fondun rəhbəri Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, foto Rasim Ocaqovla Kinematoqrafiya İnstitutunda birgə təhsil almış bir şəxsin oğlu tərəfindən verilib. Bu foto 50-ci illərin əvvəllərində çəkilib.

C. Quliyev onu da bildirib ki, Dövlət Film Fondu Azərbaycan Kinosu Günü ilə bağlı avqustun 2-də Muzey Mərkəzində keçirilməsi nəzərdə tutulan plakat sərgisində nümayiş olunması üçün Rasim Ocaqovun filmlərinin plakatlarını bərpa edib. Bu plakatların bəziləri Rusiyadan gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR