Bank Of Baku

Türkiyədə keçirilən XIII Türk Boyları Mədəniyyət Festivalında Azərbaycan da təmsil olunur

Türkiyədə keçirilən XIII Türk Boyları Mədəniyyət Festivalında Azərbaycan da təmsil olunur
# 19 iyul 2010 08:17 (UTC +04:00)
Bakı. Fidan Məmmədova – APA. Türkiyənin Yalova şəhərində XIII Türk Boyları Mədəniyyət Festivalı keçirilir. APA-nın məlumatına görə, Yalova Folklor Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivala Azərbaycandan folklor qrupu və rəssamlar da qatılıblar.

Festivalın açılış mərasimindən əvvəl Azərbaycan, Qazaxıstan, Şimali Kipr, Rumıniya, Makedoniya, Bolqarıstan, Ukraynanın Krım vilayəti, Rusiya Federasiyasının Çeçenistan və Tatarıstan respublikalarından gəlmiş folklor qrupları mənsub olduqları ölkələrin dövlət bayraqları ilə şəhərin mərkəzi meydanından keçiblər. Açılış mərasimi Yalovanın Barış Manço adına Teatrında baş tutub. Festivalda müxtəlif ölkələrdən 20 rəqs qrupu və 500 incəsənət xadimi iştirak edir. Şeir məclisləri, rəssamların əsərlərindən ibarət sərgi və simpoziumun da keçiriləcəyi festival iyulun 21-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR