Bank Of Baku

Dövlət Kino-Foto Sənədləri Arxivi dövlət başçısına aid kino sənədini qəbul edib

Dövlət Kino-Foto Sənədləri Arxivi dövlət başçısına aid kino sənədini qəbul edib
# 19 iyul 2010 09:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Dövlət Kino-Foto Sənədləri Arxivi “Salnamə” sənədli filmlər studiyasından 35 mm-lik kinolentdə çəkilmiş 682 saxlama vahidindən ibarət kino sənədini qəbul edib. Bu barədə APA-ya Milli Arxiv İdarəsinin (MAİ) direktor müavini Kamal Ağayev məlumat verib. O bildirib ki, 2004-2008-ci illəri əhatə edən sənədlər dövlət başçısının iştirak etdiyi tədbirləri və ictimai həyatın müxtəlif sahələrini əks etdirir. Daimi dövlət mühafizəsinə götürülmüş kino sənədləri artıq rəsmi dövlət qeydiyyatına alınıb. Onlar bundan sonra müəyyən olunmuş qaydada mövzular üzrə sənədləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR