Bank Of Baku

Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə beynəlxalq musiqi festivalı keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə beynəlxalq musiqi festivalı keçiriləcək
# 19 iyul 2010 09:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Heydər Əliyev Fondunun dəstəyi ilə iyulun 25-dən avqustun 5-dək Qəbələdə beynəlxalq musiqi festivalı keçiriləcək. Fonddan APA-ya verilən məlumata görə, festival çərçivəsində ABŞ, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gələn istedadlı musiqiçilər Qəbələ festivalının iştirakçısı olacaqlar. Ötən il olduğu kimi, bu il də Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, festivala qatılan çoxsaylı yerli musiqisevərlərə dünya musiqi inciləri ilə yaxından tanış olmağa imkan yaradacaq. Beynəlxalq festivalın qonaqları sırasında Yuri Başmet, Boris Berezovski, Al Cerro kimi dünya şöhrətli sənət korifeyləri ilə yanaşı, gənc musiqiçilər də iştirak edəcəklər. Bu il gənc musiqiçilər üçün ustad dərslərinin keçirilməsi nəzərdə tutulur. Festival çərçivəsində tamaşaçılara Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Orkestri ilə yanaşı, London Kral Filarmonik Orkestrinin ifasında konsert proqramları təqdim olunacaq. Proqrama Ü. Hacıbəyli, Q. Qarayev, F. Əmirov, P. Çaykovski, S. Raxmaninov, V. A. Motsart, F. Şubert və digər bəstəkarların əsərləri daxildir. Festival günlərində caz həvəskarları 7 dəfə “Qremmi” kimi ən yüksək Amerika musiqi mükafatını almış cazmen Al Cerronun ifası ilə daha yaxından tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR