Bank Of Baku

Şirvanşahlar Sarayı Kompleksində Zabiq Nəbizadə və Sabir Abdullayev tərəfindən ustad dərsləri keçirilib

Şirvanşahlar Sarayı Kompleksində Zabiq Nəbizadə və Sabir Abdullayev tərəfindən ustad dərsləri keçirilib
# 19 iyul 2010 12:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən “Muğam axşamları” layihəsi çərçivəsində ustad dərsləri təşkil olunur. APA-nın məlumatına görə, muğam dərsləri bu gün Şirvanşahlar Sarayı Kompleksində davam etdirilib. Tədbirdə çıxış edən layihənin koordinatoru Elşən Mansurov bildirib ki, ötən gün ustad dərslərini xanəndələr Ağaxan Abdullayev və Teyyub Aslanov həyata keçirib. Bu gün isə ustad dərsləri Zabit Nəbizadə və Sabir Abdullayev tərəfindən gerçəkləşdirilib. Ustad dərslərində iştirak etmək üçün müxtəlif bölgələrdən uşaqlar qatılıb. Gənc muğam ifaçılarını tarda Vamiq Məmmədəliyev, kamançada Nazim Əsədullayev müşayiət edib. Müxtəlif bölgələrdə həyata keçirilməsi nəzərdə tutulan ustad dərslərinin ilin sonuna kimi davam edəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, bu layihə 2007-2008-ci illərdə YUNESKO, Mədəniyyət və Turizm Nazirliyi və Yaponiya Hökumətinin dəstəyi ilə Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Komitəsi tərəfindən icra olunan “Əbədi Muğam“ layihəsi çərçivəsində Şirvanşahlar Sarayı Kompleksində keçirilən həftəlik muğam konsertləri silsiləsinin davamıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR