Bank Of Baku

İstanbulda keçirilən I Beynəlxalq Opera Festivalı “Koroğlu” operasının nümayişi ilə yekunlaşacaq

İstanbulda keçirilən I Beynəlxalq Opera Festivalı “Koroğlu” operasının nümayişi ilə yekunlaşacaq
# 21 iyul 2010 08:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2010-cu ilin İstanbulun Avropa Mədəniyyət Paytaxtı elan olunması ilə bağlı hazırlanan tədbirlər çərçivəsində İstanbulda I Beynəlxalq İstanbul Opera Festivalı keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival TÜRKSOY Baş Katibliyinin hazırlamış olduğu və iyulun 23-də Haliç-Konqres Mərkəzində nümayiş olunacaq “Koroğlu” operası ilə festival başa çatacaq. İlk dəfə olaraq təşkil olunan Beynəlxalq İstanbul Opera Festivalının əsas özəlliyi türk xalqlarının mədəniyyət və yaşamını özündə əks etdirməsidir. Bu il “Koroğlu” operası Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və digər türk ölkələrinin sənətçilərinin iştirakı ilə səhnələşdiriləcək.
Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin bu əsəri üslubunun zənginliyi və sadəliyi ilə hər zaman izləyiciləri heyran edib. TÜRKSOY Baş Katibliyi bu əsərin türk dünyasının tanınmış sənətkarları ilə birlikdə yenidən səhnələşdirilməsi məqsədilə 2009-cu ildən müvafiq işlərə başlayıb. Beynəlxalq “Koroğlu” operası layihəsi TÜRKSOY-a üzv olan 6 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və Başqırdıstan) 250 sənətçinin iştirakı ilə keçən il Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində böyük uğurla səhnələşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR