Bank Of Baku

Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivi Türkiyədə keçirilən beynəlxalq festivalda iştirak edir

Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivi Türkiyədə keçirilən beynəlxalq festivalda iştirak edir
# 23 iyul 2010 13:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivi Türkiyədə keçirilən beynəlxalq festivalda iştirak edir. APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda bildirilib ki, kollektiv Türkiyədə hər il keçirilən XVIII Beynəlxalq Quşburnu Sərgi, Mədəniyyət və Sənət Festivalına dəvət alıb. İyulun 22-də başlayan festival üç gün davam edəcək. Festivalda Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivi tərəfindən milli rəqslərimiz təqdim olunacaq. Qaliblər "Ən yaxşı təqdimat", "Ən yaxşı geyim", "Ən yaxşı performans" və digər nominasiyalar üzrə mükafatlandırılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR