Bank Of Baku

Birinci Beynəlxalq İstanbul Opera Festivalına “Koroğlu” operasının nümayişi ilə yekun vurulub

Birinci Beynəlxalq İstanbul Opera Festivalına “Koroğlu” operasının nümayişi ilə yekun vurulub
# 24 iyul 2010 14:47 (UTC +04:00)
Bakı – APA. İstanbulun Halic Konqres Mərkəzinin səhnəsində “İstanbul - Avropa Mədəniyyətinin Paytaxtı-2010” mədəniyyət ili çərçivəsində iyulun 2-də başlayan Birinci Beynəlxalq İstanbul Opera Festivalına TÜRKSOY-un təşəbbüsü əsasında hazırlanmış “Koroğlu” operasının nümayişi ilə yekun vurulub. APA-nın “AzərTAc” Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, türkdilli ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri tamaşaya baxıblar.

Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin bu ölməz əsərinə professor Əflatun Nemətzadə quruluş verib. TÜRKSOY-un bu layihəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan respublikalarından 250 opera sənətçisi rol alıb və tamaşa Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində böyük maraqla qarşılanıb.

İstanbul tamaşasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Dövlət Akademik Opera və Balet Teatrının orkestri, Dövlət Xor Kapellasının artistləri iştirak ediblər. Koroğlu rolunu tatarıstanlı opera sənətçisi Əhməd Aqadi, Nigar rolunu Qazaxıstanın məşhur opera müğənnisi Guizat Daurbayeva ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR