Bank Of Baku

Qəbələdə II Beynəlxalq Musiqi Festivalı başlanıb

Qəbələdə II Beynəlxalq Musiqi Festivalı başlanıb
# 25 iyul 2010 20:35 (UTC +04:00)
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təşkil edilən konsert proqramında bəstəkarlar Oqtay Zülfüqarov, Fikrət Əmirov, Qara Qarayev və Vasif Adıgözəlovun əsərləri təqdim olunub.

Avqustun 5-dək davam edəcək festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri keçiriləcək. Klassik musiqisevərlər ABŞ, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gələn istedadlı musiqiçilərin, həmçinin festivalın fəxri qonağı olacaq Böyük Britaniyanın Kral Flarmonik Orkestrinin ifasında ölməz əsərlər dinləyə biləcəklər. Festivalda iştirak edəcək gənc musiqiçilər üçün ötən ildəki kimi master-klass keçirilməsi planlaşdırılır.

Festivalın rəsmi açılışı iyunun 30-da olacaq.
Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Azərbaycana səfəri gözlənilən məşhur amerikalı caz müğənnisi, yeddi dəfə "Qremmi" mükafatı almış 70 yaşlı Al Cero səhhətində yaranmış problemlə əlaqədar festivalda iştirak etməyəcək. Festivalın təşkilatçılarından olan Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli APA-nın müxbirinə bildirib ki, iyulun 27-də çıxışı gözlənilən Al Ceronu Kubanın məşhur cazmenləri əvəz edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR