Bank Of Baku

Dmitri Yablonski: “Qəbələdə keçirilən festivalda Azərbaycan musiqisinin təbliği üçün geniş imkanlar yaradılıb”

Dmitri Yablonski: “Qəbələdə keçirilən festivalda Azərbaycan musiqisinin təbliği üçün geniş imkanlar yaradılıb”
# 26 iyul 2010 12:08 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. “Builki musiqi festivalı ötən ildəkindən xeyli fərqlidir”. Bu sözləri Qəbələdə keзirilən II Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri olan Dmitri Yablonski APA-nın yerli bürosuna açıqlamasında deyib. O bildirib ki, bu il tədbir daha yüksək səviyyədə təşkil edilib və klassik musiqi həvəskarları 12 gün ərzində bir çox dünya şöhrətli musiqiзilərin və kollektivlərin, o cümlədən London Kral Simfonik Orkestrinin, Xloe Hanslipin, Emilio Ponsun, Boris Berezovskinin, Dmitri Yablonskinin, Yuri Başmetin, Fərhad Bədəlbəylinin, Murad Adıgözəlzadənin, Rauf Abdullayevin maraqlı konsert proqramından həzz almaq imkanı əldə edəcəklər: “Tədbirin proqramı zənginləşdirilib, Azərbaycan musiqisinin təbliği üçün geniş imkanlar yaradılıb. Mən bir ildir ki, Qəbələdə yaşayır və piano fabrikində işləyirəm. Artıq Qəbələ musiqi şəhərinə зevrilib. Fьsunkar təbiətin, yüksək dağların və yaşıl meşələrin əhatəsində, təmiz havada belə gözəl musiqi bayramının keçirilməsi yerli və xarici qonaqlara unudulmaz anlar yaşadır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR