Bank Of Baku

UNESCO-nun baş direktoru: “Azərbaycan mədəniyyətlərarası dialoq və yaxınlaşmada unikal yerə malikdir”

UNESCO-nun baş direktoru: “Azərbaycan mədəniyyətlərarası dialoq və yaxınlaşmada unikal yerə malikdir”
# 29 iyul 2010 15:47 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Azərbaycan UNESCO-da çox fəal mövqe tutur. Təşkilatın elə bir fəaliyyət sahəsi yoxdur ki, Azərbaycan orada aktiv olmasın”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanda səfərdə olan UNESCO-nun baş direktoru İrina Bokova deyib. O, Azərbaycanda dinamika, nikbinlik, təkcə iqtisadi deyil, sosial inkişafa da ciddi münasibət müşahidə olunduğunu söyləyib: “Azərbaycan prezidenti ilə görüşdə biz həm ikitərəfli əlaqələri, həm də gələcəkdə həyata keçiriləcək ideyaları müzakirə etdik. Azərbaycan mədəniyyətlərarası dialoq və yaxınlaşmada unikal yerə malikdir”.

İ. Bokova xatırladıb ki, Azərbaycan son vaxtlara qədər UNESCO İcra Komitəsinin üzvü idi, indi isə qeyri-maddi irs üzrə komitədə təmsil olunur. Təşkilatın Azərbaycanın işğal altındakı ərazisində tarixi-mədəniyyət abidələri və muzeylərin vəziyyətini qiymətləndirmək üçün həmin ərazilərə tədqiqat missiyası göndərmək niyyətində olub-olmadığına dair sualı cavablandıran İ. Bokova bildirib ki, UNESCO belə bir missiya təşkil etməyə hazırdır, lakin bu məsələ yalnız Azərbaycan və Ermənistanın razılığı ilə reallaşa bilər.

Qonaq UNESCO-nun qeyri-maddi irs üzrə komitəsinin noyabrında Nayrobidə keçiriləcək iclasında Azərbaycan xalçasının qeyri-maddi irs siyahısına salınmasına dair Azərbaycan hökumətin təklifinin də müzakirə olunacağını açıqlayıb: “Ümid edirəm ki, Azərbaycan xalçası bu siyahıya daxil ediləcək. Çünki ekspertlər sizin hökumətinizin təklifinə çox müsbət yanaşdılar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR