Bank Of Baku

Bakıda UNESCO baş direktorunun və Azərbaycan nazirlərinin iştirakı ilə dəyirmi masa keçirilib

Bakıda UNESCO baş direktorunun və Azərbaycan nazirlərinin iştirakı ilə dəyirmi masa keçirilib
# 29 iyul 2010 16:15 (UTC +04:00)
APA-nın xəbərinə görə, tədbiri milli komissiyanın sədri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıb. O, Azərbaycanla UNESCO arasında sıx əlaqələrin mövcudluğunu vurğulayaraq, bu sahə ilə təşkilatın xoş məramlı elçisi, ölkənin birinci xanımı Mehriban Əliyevanın məşğul olduğunu və onun bu qurumla münasibətlərə böyük əhəmiyyət verdiyini söyləyib: “Mədəni irsimizin zənginliyi və rəngarəngliyini təqdim etmək üçün UNESCO çox böyük rol oynayır”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə gələn ilin aprelində Bakıda ölkə, nazirlik və idarə rəhbərlərinin, tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə mədəniyyətlərarası dialoqa həsr olunmuş forum keçiriləcəyini açıqlayıb. Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın patronajlığı altında keçiriləcək foruma UNESCO da dəstək verir.

İrina Bokova çıxışında bildirib ki, UNESCO-nun vəzifəsi ölkələrin ənənələrinin, dil zənginliyi və mədəni irsinin qorunub saxlanmasından ibarətdir: “Azərbaycan mədəniyyətlərarası dialoqa nümunədir”.

Dəyirmi masada Prezident Administrasiyasının, müxtəlif nazirliklərin nümayəndələri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR