Bank Of Baku

Əbülfəs Qarayev BMT-nin Azərbaycandakı rezident əlaqələndirici ilə görüşüb

Əbülfəs Qarayev BMT-nin Azərbaycandakı rezident əlaqələndirici ilə görüşüb
# 04 avqust 2010 15:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının və BMT-nin Əhali Fondunun Rezident Nümayəndəsi Fikrət Akçura ilə görüşüb. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla BMT arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, gələcəkdə bir sıra yeni proqram və layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Ə. Qarayev nazirliyin UNDP ilə birgə həyata keçirdiyi layihənin uğurundan bəhs edərək bu istiqamətdə işlərin daha da inkişaf etdirilməsi, təkcə turizm sahəsi deyil, eyni zamanda mədəniyyət sahəsində, insan resurslarının təkmilləşdirilməsi ilə bağlı birgə proqramların hazırlanmasını təklif edib.

Öz növbəsində, F. Akçura mövcud əməkdaşlıqdan razılığını bildirərək, bu sahələrdə əməkdaşlığın vacib olduğunu vurğulayıb. Görüşdə gələcəkdə bu cür müzakirələrin mütəmadi olaraq aparılması barədə ümumi razılıq ifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR