Bank Of Baku

Bakıda Həştərxan vilayətinin Mədəniyyət Günləri keçiriləcək

Bakıda Həştərxan vilayətinin Mədəniyyət Günləri keçiriləcək
# 04 avqust 2010 16:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Sentyabr ayının sonunda Bakıda Rusiyanın Həştərxan vilayətinin Azərbaycanda Mədəniyyət Günləri keçiriləcək. APA-nın məlumatına görə, bunu hazırda Bakıda səfərdə olan Həştərxan vilayətinin nümayəndə heyətinin başçısı, hökumət sədrinin müavini Tatyana Yusupova Rusiya icması ilə bu gün keçirdiyi görüşdə bildirib.
Onun sözlərinə görə, bu barədə razılıq nümayəndə heyətinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində keçirdiyi görüşdə əldə olunub. Bununla yanaşı, avqustun 28-də Həştərxanın Nərimanov rayonunda Bakı şəhərinin eyniadlı rayonunun günü keçiriləcək.
T.Yusupova bildirib ki, Həştərxan vilayəti Azərbaycanla mədəni əlaqələrin inkişaf etdirilməsində maraqlıdır və bu səfər əməkdaşlığın inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə kömək edib. Əməkdaşlığın mümkün istiqamətləri arasında T.Yusupova misal olaraq tələbə və jurnalist mübadiləsinin aparılmasını qeyd edib. Onun sözlərinə görə, hazırda Həştərxanın ali təhsil ocaqlarında 138 Azərbaycan vətəndaşı təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR