Bank Of Baku

Azərbaycanda 138-ci teatr mövsümünün açılışı Sumqayıtda keçiriləcək

Azərbaycanda 138-ci teatr mövsümünün açılışı Sumqayıtda keçiriləcək
# 16 avqust 2010 09:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu il 138-ci teatr mövsümünün açılışı Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısındakı meydanda olacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Açılış mərasiminin hər il olduğu kimi, sentyabrın 15-də keçirilməsi nəzərdə tutulur. Teatrın qarşısında Azərbaycan teatrlarının yaradıcı kollektivlərinin ifasında tamaşalardan fraqmentlər nümayiş etdiriləcək.

Teatr Muzeyi və M. F. Axundov adına Milli Kitabxananın Azərbaycan teatrına həsr olunmuş sərgisi də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR